1994-cü
ildən davam edən təhsil fəaliyyəti
müddətində fədakarlıq göstərərək
yardımlarını bizdən əsirgəməyən Türkiyə
Diyanət Vəqfinin rəhbərliyinə, Elm və
Təhsil Nazirliyinə, fəaliyyət
göstərməyimiz üçün şərait yaradan dövlət
rəsmilərinə müəllim, valideyn və
şagirdlərimizin adından dərin
hörmətimizi və minnətdarlığımızı
bildiririk.
Liseyimizin əsas açılış məqsədi iki
qardaş ölkənin dostluq təməllərinin
möhkəmləndirən, yüksək bilik, mədəniyyət
və əxlaq anlayışının mənimsəyən, vətənə,
millətə və bayrağına sahib çıxan,
dövlətinə xidmət etmək üçün bütün bilik
və bacarığını sərf edən, Türk dünyasına
və bütün dünyaya sülh, əmin-amanlıq
gətirmək üçün əlindən gələnəi
əsirgəməyən, xalqın qarşısında
məsuliyyət hiss edən, özünə tam inan,
Azərbaycan Dövlətinin mənafeyini
qoruyan, milli hədəflərə sadiq, müasir
biliklərə yiyələnmiş, çalışqan, fədakar,
əxlaqi gənc nəsillər yetişdirməkdir.
Bir millətin və dövlətin ən böyük
sərvəti milli-mənəvi və tarixi
dəyərlərinə sahib çıxan gənc
nəsillərdir.
Dilini, tarixini bilməyən və sahib
çıxmayan millətlər gələcəyi təmin edə
bilməzlər.
Bizi gələcək əsrlərdə yenə biz olaraq
təmil edə biləcək gənc nəsillərə
ehtiyacımız var.
Doğma dilim, sən ki varsan dünyada!
“Mən də varam” söyləməyə haqlıyam.
Anam! Ana dilim! Ana Vətənim!
Mən bütün qəlbimlə sizə bağlıyam!
Azərbaycanın parlaq gələcəyinə ürəkdən
inanan vətənpərvər və əxlaqlı gənclər
yetişdirmək üçün fəakarlıq edən
müəllimlərimizə və bizlərə dəstək olan
əziz insanlara təşəkkür edirəm. |