internetdə

saytda

.: MƏTBUAT HAQQIMIZDA :.  
 

TƏHSİL NAZİRLİYİNİN “UNİVERSİTET KİTABXANALARI MƏKTƏBLİLƏRİN GÖZÜ İLƏ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİ ŞAGİRDLƏRİNİN ADA UNİVERSİTETİNƏ SƏFƏRİ TƏŞKİL OLUNUB.
01.05.2015

 
 
Mayın 1-də Təhsil Nazirliyinin “Universitet kitabxanaları məktəblilərin gözü ilə” layihəsi çərçivəsində ümumi təhsil müəssisələri şagirdlərinin ADA Universitetinə səfəri təşkil olunub. 
Layihənin əsas məqsədi şagirdlərdə ali məktəb kitabxanaları haqqında dolğun təsəvvürlərin formalaşdırılmasını və onlara əlavə biliklərin verilməsini təmin etmək, eləcə də məktəblilərin universitet kitabxanaları ilə yaxından tanış olmalarına əlverişli şərait yaratmaqdan ibarətdir.
Layihə çərçivəsində Bakı şəhərindəki Heydər Əliyev adına Lisey, 132-134 nömrəli Təhsil Kompleksi, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi və Gənc İstedadlar Liseyinin hər birindən 8 nəfər IX – XI sinif şagirdi ADA Universitetinin kitabxanası ilə yaxından tanış olub.
ADA Universiteti kitabxanasının dekanı Marta Spirz şagirdlərə rəhbərlik etdiyi kitabxana haqqında ətraflı məlumat verib, elektron və ənənəvi resurslardan istifadə imkanları barədə fikirlərini bildirib.
Məktəblilər ADA Universitetinin kitabxanası haqqında təəssüratlarını qeyd edib və əvvəlcədən müəyyənləşdirilmiş meyarlar üzrə qiymətləndirmə aparıblar.
Qeyd edək ki, layihə çərçivəsində ümumi təhsil müəssisələri şagirdlərinin 6 ali məktəb kitabxanasına səfəri nəzərdə tutulub.
Layihənin yekununda ali təhsil müəssisələri kitabxanalarının imkanları və oxucu məmnunluğu baxımından şəraiti məktəblilər tərəfindən qiymətləndiriləcək, bu sahədə zəruri hesab edilən təkmilləşdirici təkliflər irəli sürüləcək. Həmçinin, şagirdlər ali təhsil müəssisələrinin kitabxanaları ilə tanışlıqdan sonra kitabxanaçılıq, informasiya mübadiləsi, kitabxanaların tarixi, kitabxana-biblioqrafiya işi haqqında əldə etdikləri məlumatları öz həmyaşıdları ilə bölüşə biləcəklər.
 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov