internetdə

saytda

.: MƏTBUAT HAQQIMIZDA :.  
 

BAKI TÜRK LISEYININ ŞƏRƏFİ
30.12.2014

 
 
Orta təhsil müəssisəsinin keyfiyyəti həmin müəssisənin məzunlarının qəbul imtahanlarında göstərdiyi nəticələrə görə ölçülür. 
Hər il bu nəticələr rəsmi qurumlar tərəfindən açıqlanır və respublikanın ən yaxşı məktəblərinin siyahısı təqdim olunur. Artıq xeyli müddətdir ki, bu siyahıya TDV BTL başçılıq edir. Liseyin ötən illərə aid göstəriciləri mətbuatda kifayət qədər işıqlandırılıb. Biz isə bu ilki nəticələrə nəzər salaq: 2014-cü ildə Bakı Türk Liseyindən 100 şagird məzun olub. Məzunların hamısı yerli və xarici universitetlərə daxil olaraq 100%-lik nəticə göstərib. 2 məzun 700 bal yığıb (ötən illərlə birlikdə cəmi 8 nəfər 700 bal toplayıb). Bir məzun 695 balla respublika ikincisi olub. Ümumilikdə isə, bu il liseyin 62 məzunu 600-dən çox bal toplayaraq rekorda imza atıb. Digər bir rekord isə liseyin əldə etdiyi qızıl medallarla bağlıdır. Belə ki, bu il ölkəmizdə məzunlara təqdim olunan 176 ədəd qızıl medalın 25-i Bakı Türk liseyinin payına düşüb. Rekordlar bununla bitmir. Liseyin builki məzunlarından 9 nəfəri prezident təqaüdünə layiq görülərək yeni rekord əldə edib. 
Bu qədər yüksək nəticə ilə tanış olduqdan sonra hər kəsi bu sual maraqlandırır: “Bu uğurların sirri nədədir?” Liseyin direktoru Qədir Bektaşoğlu sualımızı belə cavablandırdi:
Uğurlarımızın səbəbi kollektivimizdəki səmimiyyət və fədakarlıqla çalışmaqdır. Bu, Azərbaycanın uğurudur. Çünki liseyimizi bitirən, hal-hazırda burda təhsil alan və burda çalışan hər kəs azərbaycanlıdır(Liseydəki yeganə türk vətəndaşı müdirin özüdür).
 
Müəllimləri hansı kriteriyaya əsasən seçirsiz?
İmtahan keçirilir və yüksək nəticə göstərən müəllimlər liseydə işləmək hüququ qazanır.
Bəzi mətbuat orqanlarında dini qruplaşmalara, aid olduğunuzu deyənlər olub.
Məktəbimiz Azərbaycan qanunlarına və ölkənin milli mənafeyinə uyğun şəkildə dünyəvi təhsil həyata keçirir. Tədris planımız təhsil nazirliyi tərəfindən təsdiqlənir. Bütün dərsliklər Azərbaycan dilindədir. Liseyimizin heç bir dini qrup ya da təriqətlə əlaqəsi yoxdur. Buna qətiyyən icazə vermərik.
Məktəbdən şagird uzaqlaşdırma halı olubmu? Olubsa, səbəbi?
Dərslərini zəif oxuyan, məktəb nizam-intizamını pozan şagirdlər uzaqlaşdırılır. Öz istəyi ilə getmək istəyənlərə də mane olmuruq.
 
Liseyin bina problemi var. Bu məsələ necə həll olunur?
Bildiyiniz kimi, liseyimiz BDU-nin tələbə şəhərciyindəki tələbə yataqxanasında yerləşir. Yataqxanalar söküldüyü üçün yeni binaya ehtiyacımız var. Təhsil nazirimiz fədəkarlıqla bu problemin həlli üçün çalışır. İnanırıq ki, bu məsələ Azərbaycanın mənafeyinə uyğun şəkildə həll olunacaq.
 
Və ən son sualımız: Məqsədiniz nədir?
Məqsədimiz- iki qardaş ölkənin dostluq təməllərini möhkəmləndirən, yüksək bilik, mədəniyyət və əxlaq anlayışını mənimsəyən, idealist, vətəninə, millətinə və bayrağına sahib çıxan, dövlət böyüklərinə böyük məhəbbət bəsləyən və onların yolunu özünə nümunə seçən; xalqının, dövlətinin qarşısında məsuliyyət hiss edən, özünə tam inanan, Azərbaycan dövlətinin mənafeyini qoruyan, milli hədəflərə sadiq, milli şüur, əxlaq..

www.gunpress.az

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov