internetdə

saytda

.: MƏTBUAT HAQQIMIZDA :.  
 

BAKI TÜRK LİSEYİNDƏN REKORD: İKİ 700, 16 QIZIL, 7 GÜMÜŞ MEDAL
31.07.2012

 
 
 Bu il Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyinin məzunları ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərib. Liseyin müdiri Kadir Bektaşoğlunun Lent.az-a verdiyi məlumata görə, TQDK-nın rəsmi nəticələrinə görə, IV ixtisas qrupu üzrə keçirilmiş imtahanda ölkə üzrə yalnız iki nəfər 700 bal toplayıb. Hər iki abituriyent TDV Bakı Türk liseyinin məzunudur.
Kamran Həmidov və Kamil Sərdarlı 700 bal toplayaraq respublika birincisi, Pərviz Kərimli isə 696 balla respublika ikincisi olub. Bu ixtisas qrupu üzrə keçirilmiş imtahanda liseyin 15 nəfər məzunu iştirak edib. Onlardan 9-u (60 %) 600-dən çox bal toplayıb. Bu məzunlardan 8 nəfəri 667 və daha çox bal toplayaraq rekord nəticələr əldə edib. TDV Bakı Türk liseyinin builki məzunları Təhsil Nazirliyinin qərarı ilə 16 qızıl və 7 gümüş medalla təltif olunub.
Liseyin müdiri bu böyük nəticələrin əldə edilməsində əməyi olan bütün müəllimlərə, valideynlərə və şagirdlərə öz təşəkkürünü bildirib.

www.lent.az 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov