internetdə

saytda

.: MƏTBUAT HAQQIMIZDA :.  
 

TÜRKİYƏ DİYANƏT VƏQFİ BAKI TÜRK LİSEYİNİN MƏZUNU AYDAN HƏSƏNOVA 700 BAL TOPLAYIB
21.07.2010

 
 
AMEA İnformasiya Texnologiyaları İnstitutunun www.ict.az portalının administratoru Sevinc Həsənovanın qız övladı, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Aydan Həsənova iyulun 17-də IV ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanında 700 bal toplayıb.
Sual kitabçasındakı 125 sualın hamısını düzgün cavablandıran Aydan bu cür yüksək göstəriciyə nail olmaqda müəllimlərinin əməyini qeyd edib. “İmtahanda yüksək bilik nümayiş etdirərək uğur qazanacağıma əmin idim. Sevinirəm ki, həm valideynimin, həm də müəllimlərimin etimadını doğrultdum”.
Azərbaycan Dövlət Tibb Universitetinin “Müalicə işi” fakültəsində ali təhsil almaq istəyən Aydanın ən böyük arzusu cərrah olmaq və xalqına layiqli xidmət göstərməkdir. AMEA İnformasiya Texnologiyaları İnstitutunun kollektivi Aydanı təbrik edir, ona peşəkar həkim kimi yetişməsini, gələcəkdə tibb sahəsində böyük uğurlara imza atmasını arzulayır.

AMEA İnformasiya Texnologiyaları İnstitutu

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov