internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

FƏNN OLİMPİADALARININ RESPUBLİKA MƏRHƏLƏSİNİN YARIMFİNAL TURU ÜZRƏ STATİSTİKAMIZ
04.03.2021

 
 
Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turuna liseyimizin ümumilikdə 112 şagirdi vəsiqə qazanıb.

Onlardan 54 nəfəri 9-cu sinif, 38 nəfəri 10-cu sinif və 20 nəfəri 11-ci sinif şagirdləridir.

Martın 8-də informatika fənni, martın 10-da isə digər fənlər (Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya) üzrə respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Bu mərhələyə qeydiyyat https://www.olimpiada.edu.az/ saytı vasitəsi ilə elektron formada həyata keçirilib.

Olimpiadaların yarımfinal turu mövcud pandemiya şəraitinə uyğun olaraq, ölkə üzrə 37 mərkəzdə təşkil ediləcək. Ümumilikdə, 6205 şagird bu mərhələdə iştirak hüququ qazanıb.

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov