|
Bu gündən TDV Bakı Türk Liseyində virtal
məktəb layihəsi çərçivəsində
təlim-tədris prosesinin məsafədən
təşkili məqsədilə “Microsoft Teams”
platformasının istifadəsinə start
verilib.
Platformada elektron siniflər, siniflər
üzrə fənnlər, müəllim və şagirdlər üçün
ayrıca kabinetlər yaradılıb. Bununla
yanaşı müəllimlər öz aralarında fikir
mübadiləsi və videozəng imkanlarından
yararlana bilərlər.
Müəllimlər sözügedən platforma
vasitəsilə videobağlantı imkanı əldə
edərək məsafədən təhsil vermək,
müəllim-şagird müzakirəsinin təşkili
üçün interaktiv alətlərdən istifadə,
müxtəlif dərs materialları və daha böyük
həcmli materiallar ötürmək, təqvim aləti
vasitəsilə onlayn dərsləri
planlaşdırmaq, qrup işinin təşkili və
qiymətləndirmə alətlərindən istifadə
etmək kimi geniş imkanlardan faydalana
bilir. |
|
|
|