Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən məktəblilər arasında "Breyn Rinq" üzrə VI Azərbaycan çempionatında TDV Bakı Türk Liseyinin şagirdləri 2019-cu ilin çempion adını qazanaraq ölkə kubokuna sahib oldular.
Final mərhələsində liseyimizin şagirdləri 287 saylı "Zəkalar" liseyininin məktəbinin şagirdlərinə 7:2 hesabı ilə qalib gələrək Azərbaycanın ən ağıllı məktəbliləri adına layiq görülmüşlər.
Bu uğur münasibətilə liseyimizn bütün şagirdlərini, müəllim və rəhbər heyətini və ümumiyyətlə TDV Bakı Türk Liseyinin dostlarını təbrik edirik.