Bakıda ilk dəfə Nepal Respublikasının təşkilatçılığı ilə “Quiz Mania” Beynəlxalq Bilik Yarışmasının seçim turları keçirilib.
Milli seçimlərin ilk turunda 9 məktəbdən 12 komanda final turuna çıxmaq üçün yazılı imtahan verib.
Yarışmanın final mərhələsində 3 komanda yarışıb və yekunda liseyimizin X sinif şagirdləri Mustafa Bayramlı və Kamran Rzazadə birinci yeri tutaraq beynəlxalq turda iştirak haqqı qazanıblar.
Qeyd edək ki, yarışma artıq yeddi ildir ki, ənənəvi olaraq müxtəlif dövlətlərin iştirakı ilə həyata keçirilir. Bu il 30-dək ölkə avqustun 12-dən 22-dək Nepalın Katmandu şəhərində baş tutacaq yarışda iştirak edəcək.