Mirmehdi Əhmədzadə elmi müsabiqənin qalibi olan ilk azərbaycanlıdır.
Elmi müsabiqə “QDİƏT regionunda parlamentlərarası əməkdaşlığın 25 illiyi: Baxışlar və gələcək perspektivlər” mövzusunda keçirilib.
Məzunumuz tədqiqatında ölkədə həyata keçirilən genişmiqyaslı islahatlara xüsusi yer verərək Azərbaycan ilə QDİƏT arasında əməkdaşlığın təhlilini qeyd edib. O, həmçinin tədqiqatında ölkədə həyata keçirilən genişmiqyaslı islahatlara xüsusi yer verərək Azərbaycan ilə QDİƏT arasında əməkdaşlığın təhlilini aparıb.
Mirmehdi əməkdaşlığın genişləndirilməsi səbəbləri ilə yanaşı, gələcəkdə yeni tərəfdaşlıq modelini də təqdim edib.
Müəllif məqalədə region ölkələr arasında əməkdaşlığa əngəl olan faktorları, o cümlədən münaqişələri təhlil edərək regional problemlərin həlli ilə bağlı fikirlərini bölüşüb.
Məzunumuzun tədqiqatı beynəlxalq qiymətləndirmə şurasının yüksək dəyərləndirməsi ilə qalib olub. Mirmehdi Əhmədzadə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının dəvəti ilə Albaniyanın paytaxtı Tiranada təşkil ediləcək mükafatlandırma mərasimində iştirak edəcək.