| |
Gənclərdə kitab
oxuma vərdişini təşviq edən
“Anadolu Məktəbi” Vəqfinin
“Dildə, fikirdə, işdə birlik:
Azərbaycan-Türkiyə Birgə Mütaliə
Proqramı”nın yekun panelləri
Azərbaycanda keçirilib.
TDV Bakı Türk Liseyində təşkil
olunan ikinci paneldə Mehmet
Akif Ersoy, Yunus Emre, Peyami
Safa, Mustafa Kutlu və digər
ədiblərin əsərlərini mütaliə
edən şagirdlər ədəbi məruzə və
təqdimatlarla çıxış ediblər.
Panelə Berinay Ecrin Kurt
moderatorluq edib.
Tədbirdə Anadolu Məktəbi
Qəyyumlar Şurasının üzvü
Muhamməd Hakan Tanrıöver və
“Türk Edebiyatı” jurnalının baş
redaktoru, yazıçı və tərcüməçi
İmdat Avşar çıxış ediblər.
Sonda məruzəçilərə və
iştirakçılara hədiyyə və
sertifikatlar təqdim olunub,
xatirə fotosu çəkdirilib.
|
|