| |
Türkiyənin
müdafiə nazirinin müavini Bilal
Durdalı TDV Bakı Türk Liseyini
ziyarət edib.
Görüş çərçivəsində Bilal
Durdalıya liseyin fəaliyyəti,
tədris prosesi və nailiyyətləri
barədə məlumat verilib. Liseyin
müdiri Kadir Bektaşoğlu görülən
işlər və şagirdlərin
uğurlarından danışıb.
Türkiyənin müdafiə nazirinin
müavini Bilal Durdalı liseydə
təhsil alan şəhid övladları ilə
görüşərək onların təhsili və
gələcək planları ilə maraqlanıb.
Təhsil müşaviri Yurdagül Aydoğan
isə şəhid övladlarının
keyfiyyətli təhsil almasının
əhəmiyyətini vurğulayaraq,
dövlətə və Vətənə sədaqətin
yaxşı təhsildən keçdiyini
bildirib.
Görüşdə liseyin müəllimləri ilə
yanaşı, 44 günlük Vətən
müharibəsində iştirak etmiş və
hazırda məktəbdə hərbi hazırlıq
müəllimi kimi çalışan qazi
İbrahim Orucəliyev də iştirak
edib.
Səmimi şəraitdə keçən görüşdə
təhsil, gənclərin vətənpərvərlik
ruhunda tərbiyəsi və şagirdlərin
gələcək inkişafı ilə bağlı fikir
mübadiləsi aparılıb.
|
|