| |
Bakı Dövlət
Universitetində və Tusi-Bohm
Planetariumunda VI Azərbaycan
Astronomiya Olimpiadasının
qalibləri arasında 22–23 iyul
tarixlərində keçirilən seçmə
imtahanının nəticələri
açıqlanıb.
Nəticələrə əsasən, XIX
Beynəlxalq Astronomiya və
Astrofizika Olimpiadasında (IOAA
2026) Azərbaycanı təmsil edəcək
5 nəfərlik komandanın tərkibi
müəyyənləşib.
TDV Bakı Türk Liseyinin X sinif
şagirdləri Ərtoğrul Məhərrəmli
və Mehdi Qasımlı yüksək nəticə
göstərərək ölkəmizi təmsil
edəcək komandanın heyətinə daxil
olublar.
Şagirdlərimizi bu mühüm uğur
münasibətilə təbrik edir,
onların timsalında bütün komanda
üzvlərinə yarışda uğurlar
arzulayırıq.
|
|