| |
2025–2026-cı
tədris ilində Respublika Fənn
Olimpiadaları (RFO) və
Respublika Fənn Müsabiqələrində
(RFM) medal qazanan 62 şagirddən
48-i məktəb rəhbərliyi və
pedaqoji heyətin müşayiəti ilə
Quba rayonuna təşkil olunan
motivasiya gəzintisində iştirak
edib.
Səfər zamanı şagirdlər həm
istirahət edib, həm də müxtəlif
əyləncəli fəaliyyətlərdə iştirak
edərək xoş vaxt keçiriblər.
Gəzinti onların motivasiyasının
artırılmasına və yeni tədris
ilinə daha böyük həvəslə
hazırlaşmalarına töhfə verib.
Şagirdlər növbəti tədris ilində
də yeni uğurlara imza atmaq üçün
daha əzmlə çalışacaqlarını
bildiriblər.
|
|