| |
Moskva Fizika və
Texnologiya İnstitutu tərəfindən
ilk dəfə tam onlayn formatda
təşkil olunan Beynəlxalq Elmi
Fizika Olimpiadasında (ISPhO
2026) liseyimizin XI sinif
şagirdi Murad Xəlil növbəti
uğuruna imza ataraq gümüş medala
layiq görülüb.
Qeyd edək ki, Murad bundan əvvəl
Avropa Fizika Olimpiadasında
uğur qazanaraq bürünc medal əldə
etmişdi.
Ümumilikdə isə ölkəmizi təmsil
edən komanda ISPhO 2026-da 2
gümüş medal, 2 bürünc medal və 1
həvəsləndirici mükafat qazanıb.
ISPhO 2026-da 26 ölkədən 130
şagird iştirak edib.
Olimpiadanın əsas məqsədi fizika
sahəsində istedadlı məktəbliləri
bir araya gətirmək, onların
nəzəri və eksperimental
biliklərini beynəlxalq səviyyədə
qiymətləndirmək, eləcə də
gənclərdə elmi yaradıcılığa
marağı təşviq etməkdir.
Liseyimizin şagirdi Murad Xəlili
təbrik edir, ona gələcək
beynəlxalq yarışlarda da yeni
nailiyyətlər arzulayırıq.
|
|