Liseyimizin müəllim və şagirdləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin məzarları önünə qərənfillər düzüblər.
28 il əvvəl törədilən qanlı 20 Yanvar hadisəsi xalqımızın yaddaşına faciə kimi yazılsa da, bu tarix bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən biridir.