| |
TDV Bakı Türk
Liseyinin 9-cu sinif şagirdi
Ayxan Əsədzadə Respublika Fənn
Olimpiadalarında rekord
göstəriciyə imza atıb.
Belə ki, Ayxan cari ildə
Respublika Fənn Olimpiadalarında
riyaziyyat və informatika
fənləri üzrə ən yüksək nəticə
göstərərək 2 qızıl medal
qazanıb. O, ötən il isə eyni
fənlər üzrə 2 gümüş medala layiq
görülüb. Bununla da Ayxan
ümumilikdə 4 medal qazanaraq
Respublika Fənn Olimpiadalarında
rekord nəticə göstərib.
Bu nailiyyət liseyimizin yüksək
tədris keyfiyyətinin, sistemli
və məqsədyönlü hazırlıq
modelinin, eyni zamanda
ölkəmizdə təhsilin davamlı
inkişaf strategiyasının bariz
göstəricisidir.
Bu münasibətlə Ayxanı, onun
valideynlərini və liseyimizin
pedaqoji kollektivini təbrik
edir, ona gələcək fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq.
|
|