| |
Respublika Fənn
Olimpiadalarının (RFO) final
mərhələsinin riyaziyyat fənni
üzrə nəticələri açıqlanmışdır.
Nəticələrə əsasən, liseyimizin
şagirdləri bu fənn üzrə yüksək
nailiyyətlər əldə edərək
ümumilikdə 10 medal qazanmışlar.
Belə ki:
3 nəfər — qızıl medal
5 nəfər — gümüş medal
2 nəfər — bürünc medal
Bu uğur liseyimizin elmə və
keyfiyyətli təhsilə verdiyi
önəmin bariz göstəricisidir.
Qeyd edək ki, bundan öncə
RFO-nun fizika və coğrafiya
fənni üzrə şagirdlərimiz uğurla
çıxış edərək 8 medal qazanıblar.
Şagirdlərimizi qazandıqları
yüksək nəticələr münasibətilə
səmimi qəlbdən təbrik edir,
onların bu nailiyyətində böyük
əməyi olan fədakar
müəllimlərimizə dərin
minnətdarlığımızı bildiririk.
|
|