Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 22-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.
İmtahanda Liseyimizin 2 şagirdi, I qrup üzrə Qabil Əliyev və IV qrup üzrə Ziya Müslümov onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verməklə maksimum nəticə – 700 bal toplayıblar.
Qeyd edək ki, Qabil və Ziya Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 16 və 17-ci maksimum 700 bal toplayan şagiridləri kimi tarixə düşdülər.
Qabil ilə Ziyanı, onların valideylərini və bu uğurda əməyi keçən liseyimizin müəllimlərini bu uğurla təbrik edirik.