Respublika Fənn
Olimpiadalarının (RFO) final
mərhələsinin fizika fənni üzrə
nəticələri açıqlanmışdır.
Nəticələrə
əsasən, liseyimizin şagirdləri
bu fənn üzrə yüksək nailiyyətlər
əldə edərək ümumilikdə 6 medal
qazanmışlar.
Belə ki:
2 nəfər — qızıl medal
3 nəfər — gümüş medal
1 nəfər — bürünc medal
Bu uğur
liseyimizin elmə və keyfiyyətli
təhsilə verdiyi önəmin bariz
göstəricisidir.
Şagirdlərimizi
qazandıqları yüksək nəticələr
münasibətilə səmimi qəlbdən
təbrik edir, onların bu
nailiyyətində böyük əməyi olan
fədakar müəllimlərimizə dərin
minnətdarlığımızı bildiririk.