| |
Məktəblilərarası
fənn müsabiqələrinin rayon
(şəhər) mərhələsinin nəticələri
açıqlanıb.
Nəticələrə əsasən, liseyimizin 6
və 7-ci siniflərindən 210 şagird
növbəti — yarımfinal turunda
iştirak hüququ qazanıb.
Sevindirici haldır ki,
şagirdlərimizin 33 nəfəri (20
nəfər riyaziyyat, 13 nəfər kimya
fənlərindən) bütün suallara
düzgün cavab verərək 100% nəticə
əldə ediblər.
Fənlər üzrə uğur qazanan
şagirdlərin sayı:
Riyaziyyat – 147 nəfər
Kimya – 35 nəfər
Biologiya – 11 nəfər
Fizika – 9 nəfər
Təbiət – 4 nəfər
İnformatika – 4 nəfər
Bu nəticə liseyimiz üçün
əhəmiyyətli uğur olmaqla yanaşı,
şagirdlərimizin yüksək hazırlıq
səviyyəsini bir daha
təsdiqləyir.
Yarımfinal turunun 2 may
tarixində keçirilməsi nəzərdə
tutulur.
Lisey rəhbərliyi və müəllim
kollektivi bütün şagirdlərimizi
təbrik edir, yarımfinal turunda
onlara uğurlar arzulayır!
|
|