| |
TDV Bakı Türk
Liseyi 2026-2027-ci tədris ili
üçün VI və IX siniflərə şagird
qəbulu elan edir. Lisey
Azərbaycan Respublikası Elm və
Təhsil Nazirliyinə bağlıdır.
Ümumi orta təhsil məktəblərində
tədris olunan dərs proqramına
uyğun olaraq dərslər Azərbaycan
dilindədir və təhsil
ödənişsizdir.
1) MÜRACİƏT MÜDDƏTİ VƏ QƏBUL
ŞƏRTLƏRİ:
Müraciətlər may ayının 1-dən
26-dək I–V günlər (bazar
ertəsi–cümə) saat 10:00-dan
17:00-a qədər, VI gün (şənbə)
saat 10:00-dan 16:00-a qədər
qəbul olunacaq. Liseyə
2025-2026-cı tədris ilində V və
VIII sinifdə oxuyan şagirdlər
müraciət edə bilərlər.
2) TƏQDİM OLUNACAQ SƏNƏDLƏR:
a) Şagirdin V və VIII sinifdə
oxuduğunu göstərən və məktəbin
möhrü ilə təsdiq olunmuş arayış
(Möhür fotoşəklin üzərinə
vurulmalıdır.)
b) 2 ədəd fotoşəkil (3 x 4
ölçüdə)
3) İMTAHAN TARİXİ VƏ YERİ:
Qəbul imtahanı 2026-cı il may
ayının 31-də VIII siniflər üçün
saat 10:00-da V siniflər üçün
isə iyun ayının 7-də saat 10:
00-da TDV Bakı Türk Liseyinin
binasında keçiriləcək.
4) İMTAHAN FƏNLƏRİ VƏ İMTAHAN
MODELİ:
İmtahan V sinif şagirdləri üçün
Azərbaycan dili, riyaziyyat,
Azərbaycan tarixi , ingilis
dili,
VIII sinif şagirdləri üçün isə
seçdiyi ixtisas qrupu üzrə
fənlərdən test üsulu ilə
keçiriləcəkdir.
• I qrup: Azərbaycan dili,
ingilis dili, fizika, kimya,
riyaziyyat;
• II qrup: Azərbaycan dili,
ingilis dili, tarix, coğrafiya,
riyaziyyat;
• III qrup: Azərbaycan dili,
ingilis dili, tarix, ədəbiyyat,
riyaziyyat;
• IV qrup: Azərbaycan dili,
biologiya, fizika, kimya,
riyaziyyat
Suallar Azərbaycan dilindədir.
5) İMTAHAN NƏTİCƏLƏRİNİN ELANI:
Qəbul nəticələri 14/06/2026-cı
il tarixində elan olunacaq.
6) ƏLAVƏLƏR:
İmtahana ancaq lisey müdiriyyəti
tərəfindən buraxılış vəsiqəsi
verilmiş şagirdlər
buraxılacaqlar. (İmtahan və
şagird haqqında əsas məlumatlar
buraxılış vəsiqəsində qeyd
ediləcəkdir)
İmtahan günündə gətirilməli
olanlar:
- İmtahana buraxılış vəsiqəsi
- 2H sərtliyində sadə karandaş (
əlavə olaraq 1 ədəd pozan )
- Göy və ya qara diyircəkli
qələm (əlavə olaraq 1 ədəd
ağardıcı)
|
|