internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Məzunumuz dünya reytinqində 1 nömrəli universitetə qəbul oldu
04.04.2026

 
 
TDV Bakı Türk Liseyinin məzunu Selcan Süleymanlı dünya reytinqində birinci olan ali təhsil müəssisəsinə qəbul olub. O, ABŞ-ın nüfuzlu ali məktəblərindən biri olan Massachusetts Institute of Technology (MIT) universitetinin tələbəsi adını qazanıb.

Qeyd edək ki, MIT “QS World University Rankings 2026” reytinqinə əsasən dünyanın 1 nömrəli ali təhsil müəssisəsi hesab olunur.

Məlumat üçün bildirək ki, Selcan Süleymanlı məktəb illərində bir sıra nüfuzlu olimpiadalarda uğurlu nəticələr əldə edib:

Respublika Fənn Olimpiadaları:

2022 – bürünc medal
2023 – qızıl medal
2024 – qızıl medal
2025 – gümüş medal

Azərbaycan Astronomiya və Astrofizika Olimpiadası:

2023 – bürünc medal
2024 – qızıl medal (“birincilərin birincisi”)

Asiya Fizika Olimpiadası 2025 – həvəsləndirici mükafat

Beynəlxalq Fizika Olimpiadası 2025 – bürünc medal (ilk azərbaycanlı qız medalçı)

Məzunumuz beynəlxalq səviyyədə qazandığı nailiyyətlərlə ölkəmizi uğurla təmsil edərək Azərbaycan təhsilinin adını bir daha yüksəldib.

Qeyd edək ki, Selcan liseyimizin MIT-ə qəbul olunan üçüncü şagirdidir.
2023 – Dəniz Səttarlı
2024 – Sevinc Mahmudova
2025 – Selcan Süleymanlı

Məzunumuzu və TDV Bakı Türk Liseyi ailəsini bu möhtəşəm uğur münasibətilə səmimi-qəlbdən təbrik edir, gələcək təhsil və elmi fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq!

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov