internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

RFO yarımfinalında liseyimizin 13 şagirdi 100% nəticə əldə etdi
16.03.2026

 
 
Respublika Fənn Olimpiadalarının (RFO) yarımfinal mərhələsində liseyimizin şagirdləri yüksək nəticə göstərərək növbəti uğura imza atıblar. Yarımfinal turunda bütün suallara 100% düzgün cavab verən 13 şagirdimiz final mərhələsində iştirak hüququ qazanıb.

Şagirdlərimiz fizika, riyaziyyat və informatika fənləri üzrə bütün tapşırıqları tam düzgün yerinə yetirərək bilik və hazırlıq səviyyələrini bir daha nümayiş etdiriblər. Bu nəticə liseyimizdə olimpiada hazırlığının yüksək səviyyədə təşkil olunduğunu göstərir.

 

Ümumilikdə isə liseyimizin şagirdlərindən 91 nəfər Respublika Fənn Olimpiadalarının final mərhələsinə vəsiqə qazanıb. Bu göstərici lisey tarixində yeni rekord nəticə hesab olunur.

 

Final mərhələsinə vəsiqə qazanan bütün şagirdlərimizi təbrik edir, növbəti mərhələdə onlara uğurlar arzulayırıq. İnanırıq ki, şagirdlərimiz final mərhələsində də liseyimizi layiqincə təmsil edərək yeni nailiyyətlər əldə edəcəklər.

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov