internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

RFO nəticələrinə əsasən yeni rekord – 91 şagirdimiz finalda!
15.03.2026

 
 
Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən keçirilən Respublika Fənn Olimpiadalarının (RFO) respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb.

Nəticələrə əsasən liseyimizin 91 şagirdi növbəti – final turuna vəsiqə qazanaraq lisey tarixində yeni rekorda imza atıb.

Şagirdlər nəticələri www.portal.edu.az saytındakı şəxsi kabinetləri vasitəsilə və ya təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər.

Olimpiadaların keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərə olan marağın artırılması və sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaqdır.

Final mərhələsinə vəsiqə qazanan bütün şagirdlərimizi təbrik edir, onlara növbəti mərhələdə uğurlar arzulayırıq!

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov