internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

TDV Bakı Türk Liseyində voleybol turniri keçirilib
13.03.2026

 
 
TDV Bakı Türk Liseyində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə 7–8-ci sinif qız şagirdləri arasında voleybol turniri təşkil olunub.

2025–2026-cı tədris ili çərçivəsində keçirilən yarışın məqsədi şagirdlərin idmana marağını artırmaq, həmçinin bayram münasibətilə onların asudə vaxtını səmərəli və maraqlı keçirmələrinə şərait yaratmaq olub.

Maraqlı və gərgin mübarizə şəraitində keçən turnirin nəticələrinə əsasən:
8 “F” sinfinin şagirdləri I yerə,
7 “7D-E” sinfinin şagirdləri II yerə,
8 “D” sinfinin qız şagirdləri isə III yerə layiq görülüblər.

Turnirin yekununda fərdi nominasiyalar üzrə də qaliblər müəyyənləşdirilib. Belə ki:
“Ən yaxşı oyunçu” nominasiyasına 8 “F” sinif şagirdi İnci Dadaşzadə,
“Ən yaxşı servis vuran oyunçu” nominasiyasına 8 “F” sinif şagirdi Lalə Əliyeva,
“Ən yaxşı libero” nominasiyasına isə 7 “D” sinif şagirdi, şəhid mayor Rasim Məmmədovun qızı Nazilə Məmmədova layiq görülüb.

Sonda lisey rəhbərliyi tərəfindən qaliblər təbrik olunub və onlara gələcək yarışlarda uğurlar arzulanıb.

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov