internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

TDV Bakı Türk Liseyində “Kutadgu Bilig Paneli” keçirilib
18.02.2026

 
 
Gənclərə kitab oxumaq vərdişi aşılamağı hədəfləyən Anadolu Mektebi hərəkatının “Yazar Okumaları” fəaliyyəti çərçivəsində növbəti “Kutadgu Bilig Paneli” Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində təşkil olunub.

Paneldə XI əsr mütəfəkkiri Yusif Has Hacıbın Kutadgu Bilig əsərini mütaliə edən və əsərlə bağlı müxtəlif mövzularda məqalələr hazırlayan lisey şagirdləri iştirak ediblər. Tədbir Zəhra Bağırzadənin moderatorluğu ilə baş tutub. Paneldə Ayişə Mirzəzadə, Mədinə Məmmədli, Nigar Babayeva və Leyla Babayeva öz məqalələrini təqdim ediblər.

Panelin açılışında “Anadolu Mektebi”nin qurucusu, professor Sami Güçlü onlayn şəkildə tədbirə qoşularaq iştirakçılara uğurlar arzulayıb. Tədbirdə çıxış edənlər əsərin ideyaları, dövlət idarəçiliyi, mənəvi dəyərlər və insan kamilliyi mövzularına toxunaraq müzakirələr aparıblar.

 

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov