| |
Sərhədçi İdman
Mərkəzində kikboksinq üzrə
ənənəvi “Şuşa Kuboku” turniri
keçirilib.
Gərgin və maraqlı mübarizə
şəraitində keçən turnirdə TDV
Bakı Türk Liseyinin şagirdi
Tuncay Vəliyev 37 kq çəki
dərəcəsində uğurla çıxış edərək
gümüş medala layiq görülüb.
Qeyd edək ki, yarışda ümumilikdə
455 idmançı iştirak edib.
Şagirdimizi qazandığı nailiyyət
münasibətilə təbrik edir,
gələcək yarışlarda ona daha
böyük uğurlar arzulayırıq.
|
|