internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Liseydə şagirdlərin imtahanları təşkil olundu
04.12.2025

 
 
TDV Bakı Türk Liseyində tədris ilinin yarımili çərçivəsində 6–11-ci sinif şagirdlərini əhatə edən qiymətləndirmə imtahanları keçirilib. Təhsil keyfiyyətinin monitorinqi və şagirdlərin bilik-bacarıqlarının obyektiv şəkildə qiymətləndirilməsi məqsədilə təşkil olunan imtahanlar 3 saat davam edib.

6–7–8-ci siniflər üzrə keçirilən böyük summativ qiymətləndirmə (BSQ) şagirdlərin yarımil ərzində qazandıqları akademik bilikləri, fənlərarası bacarıqları və tədris proqramına uyğun inkişaf səviyyəsini müəyyənləşdirməyə xidmət edir.

9–10–11-ci siniflər üzrə keçirilən buraxılış imtahanı isə şagirdlərin növbəti təhsil mərhələlərinə hazırlıq səviyyəsini və əsas fənlər üzrə biliklərini qiymətləndirməyi hədəfləyir.

İmtahan Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, xarici dil (ingilis dili), fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə test tapşırıqlarından ibarət olub.

Lisey rəhbərliyi və nəzarətçi müəllimlər imtahan prosesinin sakit, intizamlı və təşkilati baxımdan yüksək səviyyədə keçirilməsini təmin ediblər.

Test imtahanlarında ümumilikdə 1000-dən artıq şagird iştirak edib.

Nəticələrlə bağlı ətraflı məlumat yaxın günlərdə açıqlanacaq.

Lisey rəhbərliyi imtahanlarda iştirak edən bütün şagirdlərə uğurlar arzulayır və prosesin təşkili və keçirilməsində əməyi olan müəllim və texniki heyətə təşəkkürünü bildirir.

 

 

     

 

     

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov