| |
Elm və Təhsil
Nazirliyinin dəstəyi və “STEAM
Azərbaycan” layihəsinin
təşkilatçılığı ilə keçirilən
Beynəlxalq STEAM Azərbaycan
Festivalında (SAF 2025)
liseyimizin 10-cu sinif
şagirdləri Ömər Sultanlı və Əvəz
Hüseynli uğurlu çıxış ediblər.
22 ölkədən 1400 mentor və
ekspertin qatıldığı, 18 yarış
kateqoriyası üzrə təşkil olunan
festivalda şagirdlərimiz yüksək
nəticələr göstəriblər. Ömər
Sultanlı “Fast and Furious”
kateqoriyası üzrə gümüş medal,
Əvəz Hüseynli isə “Mars Rover”
layihəsi üzrə “The Best
Engineering Solution” mükafatına
layiq görülüb.
Şagirdlərimizi təbrik edir,
gələcək fəaliyyətlərində uğurlar
arzulayırıq.
|
|