| |
8 Noyabr – Zəfər
Günü münasibətilə TDV Bakı Türk
Liseyində tədbir keçirilib.
Tədbirdə qazilər, lisey
rəhbərliyi, müəllimlər, şəhid
övladları və onların
valideynləri, eləcə də şagirdlər
iştirak edərək çıxışlar ediblər.
Tədbir zamanı şəhidlərin
xatirəsi ehtiramla anılıb, 44
günlük Vətən müharibəsində
qazanılan Zəfərin tarixi və
mənəvi əhəmiyyəti vurğulanıb.
Çıxışlarda dövlətimizin gücü və
xalqımızın birliyi xüsusi qeyd
olunub.
Liseyin müdiri Kadir Bektaşoğlu
Zəfər Günü münasibətilə
iştirakçıları təbrik edərək
müzəffər ordumuzun igid əsgər və
zabitlərinə hörmət və
minnətdarlığını ifadə edib,
şəhidlərimizə Allahdan rəhmət
diləyib.
Sonda Zəfər Gününə həsr olunmuş
bilik yarışmasının qalib və
mükafatçıları təltif edilib,
şagirdlər şeirlər və mahnılarla
çıxış ediblər.
|
|