| |
2019-cu il
məzunlarımızdan olan Dr. Rüstəm
Həsrətov və Dr. Surxay Həsilov
liseyimizi ziyarət ediblər.
Qazi Universitetinin Tibb
fakültəsini birinciliklə bitirən
və hazırda Ankara Etlik Şəhər
Xəstəxanasında Göz Xəstəlikləri
üzrə rezident (asistent) həkim
kimi fəaliyyət göstərən Dr.
Rüstəm Həsrətov, həmçinin Uludağ
Universitetinin Tibb fakültəsini
üçüncülüklə bitirən və Qazi
Xəstəxanasında qulaq, burun və
boğaz xəstəlikləri üzrə rezident
həkim kimi işləyən Dr. Surxay
Həsilovun ziyarəti bizi çox
sevindirdi.
Bu dəyərli həkim məzunlarımızın
timsalında, dünyanın müxtəlif
yerlərində təhsil alan və ya
çalışan bütün məzunlarımızı TDV
Bakı Türk Liseyi ailəsi olaraq
sevgi ilə salamlayır, hər biri
ilə qürur duyduğumuzu bir daha
qeyd edirik.
|
|