internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

TDV Bakı Türk Liseyində 29 Oktyabr – Cumhuriyyət Bayramı qeyd olunub
30.10.2025

 
 
Bu gün TDV Bakı Türk Liseyində 29 Oktyabr – Türkiyə Cümhuriyyətinin elan edilməsinin 102-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə qonaqlar, məktəb rəhbərliyi, müəllim heyəti, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbir Azərbaycanın və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb. Ardınca liseyin müdiri Kadir Bektaşoğlu çıxış edərək iştirakçıları bayram münasibətilə səmimi-qəlbdən təbrik edib. O, Mustafa Kamal Atatürkün liderliyi ilə qurulan Türkiyə Cümhuriyyətinin türk dünyasında dövlətçilik ənənələrinin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.

Lisey müdiri çıxışında həmçinin Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin tarixi köklərinə toxunub, təhsil sahəsində əməkdaşlığın gənc nəslin formalaşmasında xüsusi əhəmiyyət daşıdığını qeyd edib:

“Biz bir millət, iki dövlətik. Burada yetişən hər bir şagird həm Azərbaycanı, həm də Türkiyəni layiqincə təmsil etməlidir.”

Tədbir çərçivəsində şagirdlər tərəfindən ədəbi-bədii kompozisiyalar, səhnəciklər, musiqi nömrələri və şeir söyləyişləri təqdim olunub. Şagirdlərin ifası tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Səhnələrdə həm Cümhuriyyətin elan edilməsi tarixi, həm də Atatürk irsi xüsusi vurğulanıb.

Sonda məktəbin musiqi kollektivinin çıxışı tədbirə bayram ab-havası qatıb.

TDV Bakı Türk Liseyi hər il olduğu kimi, bu il də Cümhuriyyət Bayramını dostluq və qardaşlıq ruhunda qeyd edib.

 

     

     

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov