internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

10–11-ci siniflər üzrə mübarizə aparan liseyimizin “El-Rey” komandası respublika üzrə II yerə layiq görülüb
28.10.2025

 
 
Oktyabrın 26-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə Respublika Kuboku keçirilib.

Yarışda ümumilikdə ölkənin 22 şəhər və rayonunu təmsil edən 42 komanda iki yaş kateqoriyasında mübarizə aparıb.

Maraqlı və gərgin rəqabət şəraitində keçən yarışda 10–11-ci siniflər üzrə liseyimizi təmsil edən “El-Rey” komandası uğurlu çıxış edərək II yerə layiq görülüb.

Final mərhələsinə komandalar regional seçimlərin qalibi olaraq və ya 622 komanda arasında keçirilən onlayn seçim turunda yüksək nəticə göstərərək vəsiqə qazanıblar. Final mərhələsində iştirakçılar müxtəlif sahələr üzrə bilik tələb edən 36 suala cavab veriblər.

Yarışın qalib və mükafatçı komandaları kubok, diplom və müxtəlif hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, “Təhsil Oyunları Platforması” 2020-ci ildən etibarən məktəblilər üçün onlayn və canlı formatda intellektual yarışlar təşkil edir, şagirdlərin biliklərə marağını artırır və komanda ilə işləmək bacarıqlarının inkişafına dəstək olur.

Uğurlu çıxışına görə komandamızı səmimi-qəlbdən təbrik edir, gələcək yarışlarda da daha böyük nailiyyətlər arzulayırıq!

 

   

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov