| |
Oktyabrın 16-da
liseyimizin şagirdləri Hərbi
Memorial Məzarlığı ziyarət
edərək Azərbaycanın
müstəqilliyi, Qarabağ uğrunda
gedən döyüşlər və
torpaqlarımızın müdafiəsi zamanı
həyatlarını qurban vermiş
şəhidlərin əziz xatirələrini yad
ediblər.
Hərbi Memorial Məzarlıq 2018-ci
ildə əsası qoyulmuş,
Azərbaycanın ərazi bütövlüyünün
qorunub saxlanılmasında xüsusi
xidmətlərinə görə şəhid olan
Azərbaycan Silahlı Qüvvələrinin
hərbi qulluqçularının dəfn
olunduğu xiyabandadır. Məzarlıq
2 saylı Fəxri Xiyabanın
ərazisində yerləşir.
Ziyarət zamanı vurğulanıb ki, bu
məzarlıq yalnız dəfn yeri deyil,
həm də Azərbaycan xalqının
qəhrəmanlıq və mübarizə tarixini
gələcək nəsillərə çatdıran canlı
bir məktəb rolunu oynayır.
Ziyarət çərçivəsində
şagirdlərimizi hərbi hazırlıq
müəllimi, 44 günlük Qarabağ
müharibəsi iştirakçısı, qazi
İbrahim Orucəliyev müşayiət
edib. O, şagirdlərə döyüşlər
zamanı Vətən uğrunda göstərilən
qəhrəmanlıqdan danışıb, gənc
nəsillərə vətənpərvərlik və
milli dəyərlərin önəmini
vurğulayıb.
|
|