| |
Ölkə
Prezidenti cənab İlham Əliyev
“2025–2026-cı tədris ilində
Azərbaycan Respublikasının ali
məktəblərinə daxil olmuş
tələbələrə Prezident təqaüdünün
verilməsi haqqında” sərəncam
(https://president.az/az/articles/view/70268)
imzalayıb.
Sərəncama əsasən, liseyimizin
məzunları Ziya Alızadə, Röyalə
Bəxtiyarova, Ləman Əhmədzadə,
Tamella Əliyeva və Xədicə
İsmayılzadə Prezident təqaüdünə
layiq görülüblər.
Ümumilikdə, 2025–2026-cı tədris
ilində ixtisas qrupları üzrə ən
yüksək nəticələr göstərərək
ölkənin ali məktəblərinə qəbul
olunmuş 109 tələbə Prezident
təqaüdü alacaq.
Təqaüdçülərimizi və onların
uğurunda payı olan bütün
müəllimlərimizi təbrik edir,
gələcək nailiyyətlərində uğurlar
arzulayırıq!
|
|