| |
TDV Bakı Türk
Liseyinin məzunu Nuray Həsənova
hazırda Kanadanın nüfuzlu
British Columbia Universitetində
(UBC) “Data elmləri və süni
intellekt” ixtisası üzrə
təhsilini davam etdirir.
O, universitetin ən prestijli
proqramlarından olan “Co-op”
(Co-operative Education) –
əməkdaşlıq əsaslı təhsil
proqramına qəbul olunan ilk
azərbaycanlı tələbə olub. Qeyd
edək ki, bu proqram yalnız
yüksək akademik göstəricilərə və
xüsusi qabiliyyətlərə malik
tələbələr üçün nəzərdə tutulur.
Proqram çərçivəsində Nuray
Həsənova həm elmi-tədqiqat
işləri aparacaq, həm də
universitetin əməkdaşlıq etdiyi
nüfuzlu şirkətlərdə ixtisası
üzrə işləyərək real iş təcrübəsi
qazanacaq.
Digər məzunlar kimi Nurayın da
bu nailiyyəti liseyimiz üçün
böyük qürurdur!
TDV Bakı Türk Liseyi ailəsi
olaraq, bütün məzunlarımıza, o
cümlədən Nuray Həsənova uğurlar
arzulayırıq!
|
|