internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Məzunumuzun uğuru – Ağaheybət Məmmədov
26.09.2025

 
 
Məmmədov Ağaheybət Kamil oğlu ABŞ-ın Pennsylvania State Universitetində İqtisadiyyat üzrə doktorantura (PhD) təhsilini Süni İntellektlə əlaqələndirilmiş sahədə uğurla başa vurmuşdur.

(Pennsylvania State University – PhD in Economics with affiliation in Artificial Intelligence)
Ağaheybət 2014-cü ildə TDV Bakı Türk Liseyini Qırmızı Attestatla bitirmiş, həmin il 661 balla ADA Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olmuşdur. Orada Tələbə Hökumətində fakültə təmsilçisi kimi aktiv iştirak etmişdir.

2017-ci ildə Erasmus proqramı ilə Latviya Respublikasında Stokholm İqtisadiyyat Universitetində təcrübə keçmiş, 2018-ci ildə isə ADA Universitetinə qayıdaraq təhsilini qırmızı diplom və “Summa cum laude” fərqlənmə ilə tamamlamışdır. Diplomunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təqdim etmişdir.

2018–2020-cu illərdə Türkiyənin İhsan Doğramacı Bilkent Universitetində İqtisadiyyat üzrə tam təqaüdlə magistratura təhsili almış, müəllim assistantı və araşdırmaçı kimi fəaliyyət göstərmişdir. Magistratura təhsilini də “Summa cum laude” fərqlənmə ilə başa vurmuşdur.

Akademik və iş həyatı ərzində Ağaheybət Məmmədov biznes, iqtisadi dizayn və süni intellekt sahəsində bir sıra beynəlxalq seminar və konfranslarda iştirak etmiş, müzakirələr aparmış, həmçinin akademik jurnallarda editorluq fəaliyyəti göstərmişdir.

TDV Bakı Türk Liseyi ailəsi olaraq, bütün məzunlarımıza, o cümlədən Ağaheybət Məmmədova uğurlar arzulayırıq!

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov