| |
Milli Gimnastika
Arenasında 22 yaşadək gənclər
arasında keçirilən Dünya Robot
Olimpiadasının Azərbaycan
seçimlərinin 2-ci mərhələsi
davam edir. Yarışda liseyimizin
şagirdləri Elxan Ağakişiyev,
Əvəz Hüseynli, İnci
Abduləzizova, Ömər Sultanlı və
Mehdi Musayev də iştirak
edirlər.
İkinci tur sabah başlayacaq və
bu mərhələdə qalib gələn
komandalar ölkəmizi beynəlxalq
robot yarışmasında təmsil etmək
hüququ qazanacaqlar.
Azərbaycan finalı 26–28 sentyabr
tarixlərində paytaxtımızda –
Milli Gimnastika Arenasında
keçiriləcək. Burada ölkənin ən
istedadlı gəncləri mübarizə
aparacaq. Finalın qalibləri isə
noyabr ayında Sinqapurda
keçiriləcək Beynəlxalq Finalda
Azərbaycanı layiqincə təmsil
edəcəklər.
Qeyd edək ki, ilk seçimlərdə
cəmi 75 komanda iştirak
etmişdisə, 2024-cü ildə bu rəqəm
316 komandaya çatıb.
Şagirdlərimizə uğurlar
arzulayırıq!
|
|