| |
80-dən çox ölkədən 1000-dən
artıq iştirakçının qatıldığı bu
nüfuzlu yarışda TDV Bakı Türk
Liseyinin məzunu Selcan
Süleymanlı əzmkarlıq nümayiş
etdirərək bürünc medal qazanıb.
O, Beynəlxalq Fizika Olimpiadası
tarixində ölkəmiz adına medal
qazanan ilk qız iştirakçı kimi
tarixə düşüb.
Ümumilikdə isə Azərbaycanı
təmsil edən komanda olimpiadada
1 gümüş, 2 bürünc medal və 2
həvəsləndirici sertifikatla
ölkəyə qayıdıb.
Uğur qazanan Selcanı və
ölkəmizin digər təmsilçilərini
təbrik edir, gələcək
fəaliyyətlərində uğurlar
arzulayırıq!
|
|