internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Lisey məzunumuz dünyanın ən yaxşı universitetlərindən birinə qəbul olundu
25.06.2025

 
 
Liseyimizin çalışqan, yardımsevər və hamının rəğbətini qazanan şagirdi Dəniz Cəfərzadə dünya üzrə ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Hong Kong Universitetinə qəbul olunub.
 
Dəniz təhsilini “Computing and Data Science” ixtisası üzrə davam etdirəcək.
 
Qeyd edək ki, QS universitetlər reytinqinə əsasən, bu universitet dünyada 11-ci yerdə qərarlaşır.
 
Bundan əlavə, o, 2024-cü il Respublika Fənn Olimpiadasında riyaziyyat fənni üzrə gümüş medal qazanmış və Edinburgh Universitetinə də qəbul olunaraq uğurlarına daha bir parlaq səhifə əlavə etmişdir.
 
Bu böyük nailiyyətləri münasibətilə Dənizi ürəkdən təbrik edir, ona gələcək təhsil və həyat yolunda davamlı uğurlar arzulayırıq!

 

 
 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov