internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsindən 4 medal
19.06.2025

 
 
Ötən gün “Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin final mərhələsi keçirilib.

Final mərhələsində TDV Bakı Türk Liseyinin şagirdləri uğurla çıxış edərək 1 gümüş və 3 bürünc medal olmaqla ümumilikdə 4 medal qazanıblar.

Qeyd edək ki, müsabiqənin final mərhələsində 162 şagird iştirak edib. Onlara 3 saat ərzində 5 alqoritmik məsələni C++ və Python proqramlaşdırma dillərində həll etmək və bu həlləri avtomatik qiymətləndirmə sistemi vasitəsilə təqdim etmək tapşırılıb.

Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin proqramlaşdırma, informatika və rəqəmsal texnologiyalara marağını artırmaq, bu sahələrdə istedadlı şagirdləri aşkar edib onların inkişafına dəstək verməkdir.

Uğur qazanan şagirdlərimizi təbrik edir, onlara gələcək bilik yarışlarında daha böyük nailiyyətlər arzulayırıq!Ötən gün “Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin final mərhələsi keçirilib.

Final mərhələsində TDV Bakı Türk Liseyinin şagirdləri uğurla çıxış edərək 1 gümüş və 3 bürünc medal olmaqla ümumilikdə 4 medal qazanıblar.

Qeyd edək ki, müsabiqənin final mərhələsində 162 şagird iştirak edib. Onlara 3 saat ərzində 5 alqoritmik məsələni C++ və Python proqramlaşdırma dillərində həll etmək və bu həlləri avtomatik qiymətləndirmə sistemi vasitəsilə təqdim etmək tapşırılıb.

Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin proqramlaşdırma, informatika və rəqəmsal texnologiyalara marağını artırmaq, bu sahələrdə istedadlı şagirdləri aşkar edib onların inkişafına dəstək verməkdir.

Uğur qazanan şagirdlərimizi təbrik edir, onlara gələcək bilik yarışlarında daha böyük nailiyyətlər arzulayırıq!

 

 
 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov