|
Ötən gün İctimai Televiziya
(İTV) kanalında ölkə üzrə 12
müxtəlif təhsil müəssisəsinin
əlaçı şagirdlərinin iştirakı ilə
“Əlaçı” intellektual oyunu
keçirilib.
Üç mərhələdən ibarət olan
yarışmada TDV Bakı Türk
Liseyinin 9-cu sinif şagirdi
Tariyel Babayev bütün
iştirakçılardan üstün nəticə
göstərərək mövsümün 7-ci qalibi
olmaqla super finala yüksəlib.
“Əlaçı” verilişi — Elm və Təhsil
Nazirliyinin dəstəyi ilə İctimai
Televiziya (İTV) kanalında
yayımlanan, məktəblilər arasında
bilik, məntiq və düşüncə
bacarıqlarını qiymətləndirən
nüfuzlu intellektual layihədir.
İntellektual oyununu bu keçiddən
https://www.youtube.com/watch?v=tHo-12O1noU
izaləyə bilərsiniz.
Şagirdimizi bu münasibətlə
təbrik edir, ona super finalda
da böyük uğurlar arzulayırıq!
|
|