internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Məzunlara təbrik!
14.06.2025

 
 
Əziz məzunlar!

Bu gün sizlər üçün həm unudulmaz, həm də duyğulu bir gündür – Son Zəng Günü. Bu zəng təkcə bir dərsin deyil, lisey həyatınızın da son səhifəsinin çalınması deməkdir. Lakin hər sonluq, eyni zamanda yeni başlanğıcların təməlidir.

İllər boyunca sizlər bilik, dostluq, məsuliyyət və əxlaqi dəyərlərlə zəngin bir yol keçdiniz. Hər biriniz bizim üçün fəxr mənbəyisiniz. Qazandığınız bilik və təcrübə sizə gələcək həyatınızda doğru yol göstərən bir bələdçi olacaq.

Yeni mərhələyə qədəm qoyduğunuz bu önəmli gündə sizə bol uğurlar, möhkəm iradə və geniş üfüqlər arzulayıram. Həyatın təqdim edəcəyi hər bir fürsətdən düzgün istifadə edəcəyinizə və vətənimizə, cəmiyyətimizə layiqli bir vətəndaş olacağınıza inanıram.

Unutmayın! Harada olursunuzsa olun, siz bizim liseyimizin fəxr edən məzunlarısınız!

Bu yolda sizə dayaq olan valideynlərə və müəllimlərə də dərin təşəkkürümü bildirirəm. Onların əməyi, dəstəyi və sevgisi bu uğurun ayrılmaz bir hissəsidir.
Yolunuz açıq, gələcəyiniz parlaq olsun!


Kadir Bektaşoğlu
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin müdiri

 

 
 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov