|   | 
										
										
										
											
												
												
												
												Liseyimizin 11-ci 
												sinif şagirdləri Rəsul Əlizadə 
												və Ülvi Nurullahi, 11 may 
												tarixində keçirilən və dünya 
												üzrə 20027 şagirdin iştirak 
												etdiyi 2025 TR-YÖS/1 (Türkiyə 
												Yabancı Öğrenci Sınavı) 
												imtahanında maksimum nəticə - 
												500 tam bal toplayaraq birinci 
												yerin sahibləri olublar. 
												 
												Şagirdlərimizin bu parlaq 
												nəticəsi onlara Türkiyənin ən 
												nüfuzlu universitetlərində tam 
												təqaüdlə təhsil almaq imkanı 
												qazandırır. 
												 
												Bu uğur təkcə liseyimizin deyil, 
												eyni zamanda ölkəmizin adının 
												beynəlxalq səviyyədə layiqincə 
												təmsil olunmasının nümunəsidir. 
												 
												Rəsul və Ülvi başda olmaqla, bu 
												nəticədə əməyi olan bütün 
												müəllimlərimizi və ailələri 
												ürəkdən təbrik edir, 
												şagirdlərimizə elm və təhsil 
												yollarında daha böyük 
												nailiyyətlər arzulayırıq! 
 
												 
																								
												
												
												
											 
												 
												
												
												
											 
										 
										 | 
										  |