internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Lisey şagirdimizdən II ixtisas qrupu üzrə ən yüksək nəticə - 680 bal
11.06.2025

 
 
Dövlət İmtahan Mərkəzi tərəfindən 25 may tarixində keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb. II ixtisas qrupu üzrə ölkə üzrə ən yüksək nəticə liseyimizin məzunu İsmayılzadə Xədicə Xaliq qızı tərəfindən göstərilib.

Xədicə imtahanın birinci mərhələsində 300 bal, ikinci mərhələsində isə 380 bal toplayaraq cəmi 680 balla ölkə birincilərindən biri olub.

Bu böyük nailiyyət münasibətilə Xədicəni və onun bu yolda əziyyət çəkmiş müəllimlərini təbrik edir, gələcək təhsil və həyat yollarında uğurlar arzulayırıq!
 

 
 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov