|
Türkiyə Dəyanət
Vəqfi Bakı Türk Liseyinin
şagirdi Ömər Sultanlı
Rumıniyanın paytaxtı Buxarestdə
keçirilən "InfoMatrix" dünya
olimpiadasında uğurla çıxış
edib. O, Arduino xətt təqib edən
robot kateqoriyasında
Azərbaycanı təmsil edərək qızıl
medalın sahibi olub.
Ömər Sultanlının hazırladığı
robot yüksək həssaslıqlı sensor
sistemi və optimallaşdırılmış
idarəetmə alqoritmi ilə xətt
izləmə prosesində maksimum sürət
və dəqiqlik nümayiş etdirib. Bu
uğur yalnız fərdi nailiyyət
olmaqla kifayətlənmir, eyni
zamanda Azərbaycanın innovasiya
və texnologiya sahəsindəki
potensialını beynəlxalq
səviyyədə nümayiş etdirən
əhəmiyyətli bir göstəricidir.
Şagirdimizi və onun bu uğurunda
əməyi olan müəllimləri təbrik
edir, gələcək fəaliyyətlərində
yeni-yeni uğurlar arzulayırıq.
|
|