|
Gənclərə kitab
oxumaq vərdişi aşılamağı
hədəfləyən "Anadolu Mektebi"
hərəkatının “Yazar Okumaları”
fəaliyyəti çərçivəsində növbəti
“Çingiz Aytmatov Paneli” Türkiyə
Dəyanət Vəqfi Bakı Türk
Liseyində keçirilib.
Paneldə səkkiz ay ərzində
Aytmatovun müxtəlif əsərlərini
mütaliə edən və yazılı şəkildə
təhlil edən lisey şagirdləri
iştirak ediblər. Məqalə
mərhələsində fərqlənərək “ən
yaxşı müəllif” adına layiq
görülən Səma Məmmədli, Zeynəb
Xəlil, Nuray Mustafa və Ülfanə
Hüseynzadə paneldə öz yazılarını
təqdim ediblər. Tədbir Ayişə
Mirzəzadənin moderatorluğu ilə
baş tutub.
Panelin açılışında Türkiyə
Dəyanət Vəqfinin Azərbaycan üzrə
genel müdürlüyü İzani Turan
onlayn şəkildə tədbirə qoşularaq
iştirakçılara uğurlar arzulayıb.
Təqdimatlardan sonra çıxış edən
filologiya üzrə fəlsəfə doktoru
Mehman Həsənli şagirdlərin
çıxışlarını yüksək
qiymətləndirib, onların istedad
və analitik bacarıqlarını
alqışlayıb.
Tədbir "Anadolu Mektebi"nin
qurucusu, Professor Sami
Güçlünün yekun çıxışı ilə başa
çatıb.
|
|