internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

TDV Bakı Türk Liseyinin bu il üzrə 9-cu sinif buraxılış uğuru: Yüksək nəticələr!
29.05.2025

 
 
TDV Bakı Türk Liseyi 2025-ci il üzrə 9-cu sinif buraxılış imtahanlarında yenidən yüksək nəticələr əldə edib. Bu il məzun olan 209 şagirddən 193-ü (92%) 250-300 bal aralığında nəticə göstərərək liseyin uğur ənənəsini davam etdirib.

Xüsusilə qeyd olunmalıdır ki, 2 nəfər maksimum 300 bal toplayıb. 39 nəfər 290–298 bal, 55 nəfər isə 280–289 bal intervalında nəticə göstərib. Ümumilikdə, buraxılış imtahanlarının nəticələrinə əsasən, liseyin orta bal göstəricisi 275 bal təşkil edib.

Fənlər üzrə nəticələr də diqqətçəkicidir:
* İngilis dili üzrə müvəffəqiyyət göstəricisi – 94%
* Riyaziyyat üzrə – 90%
* Ana dili üzrə isə – 91%

Bu göstəricilər TDV Bakı Türk Liseyinin tədris keyfiyyətinin və şagird hazırlığının yüksək səviyyədə olduğunu bir daha sübut edir.

Lisey rəhbərliyi və müəllim heyəti bu uğurlu nəticələrin əldə olunmasında əməyi olan hər kəsə təşəkkür edir və şagirdlərə gələcək təhsil həyatlarında uğurlar arzulayır.
 

 
 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov