Mayın 12-də Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafsı, Tədris işləri üzrə prorektor professor Məhəmməd Nuriyevi, İqtisadiyyat və menecment fakültəsinin dekanı İnqilab Əhmədovu, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilovu, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəylini, Xarici Əlaqələr Şöbəsinin əməkdaşı Günay Fərzəliyevanı və Pakistan, Zimbabve və Kamerundan olan
tələbələr Türkiyə Diyanət Vakfı Bakı Türk Liseyini ziyarət edib. Liseyin müdiri Kadir Bektaşoğlu Xəzər Universitetindən gələn qonaqları səmimi salamlayıb.
Görüş zamanı TDV Bakı Türk Liseyinin və Xəzər Universitetinin son illərdə əldə etdiyi nailiyyətlərdən danışılıb və birgə əməkdaşlıq əlaqələri müzakirə edilib.
Sonra qonaqlar liseyin akt zalında kollektiv qarşısında Xəzər Universiteti haqqında məlumat verib, bir sıra mövzularda çıxış ediblər. Daha sonra
Xəzər Universitetinin
əcnəbi tələbələri tələbəlik həyatından danışıb şagirdlərin sulların cavab veriblər.